Şəhid olan hərbçimizin kimliyi bəlli oldu

Şəhid olan hərbçimizin kimliyi bəlli oldu

Bu gün Kəlbəcərin Çıraqlı kəndi ərazisində minaya düşərək şəhid olduğu deyilən hərbçinin kimliyi bəlli olub.

AzerTimes xəbər verir ki, şəhid olan hərbçimiz Tovuzun Böyük Qışlaq kənd sakini, gizir Zöhrab Məmməd oğlu Hümmətovdur.

Digər yaralanan 4 mülki şəxsin rabitəçilər olduğu bildirilir.

Şəhidin ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır. O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı deyilib.

Qeyd edək ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

Teqlər: