Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilini hazırkı Prezident Salome Zurabişvilinin əfv etməsi əxlaqsızlıq olardı.
AzerTimes xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.
“Əgər biz formal tərəfi götürsək, onda əfv hüququ mütləqdir, amma mənəviyyat belə bir kateqoriya deyil. Düşünürəm ki, Mixail Saakaşvilini bu proseslə – siyasət və PR kampaniyasına görə əfv etmək tamamilə əxlaqsız addım olardır”, – o bildirib.
Kobaxidze xatırladıb ki, Saakaşvili Gürcüstanda iğtişaşlar təşkil etməyi planlaşdırırdı:
“Bunu əsas götürərək, biz, əlbəttə ki, bu mübarizədə prinsipial olmalıyıq, ən əsası isə məhkəmənin fəaliyyətinə heç kimə siyasiləşdirilmiş müdaxiləyə imkan verməməliyik”.