İran tümənin “ölməsi”ndə də ABŞ-ı günahlandırdı

İran tümənin “ölməsi”ndə də ABŞ-ı günahlandırdı

İran valiyutasının dollar qarşısında dəyər itirməsi Amerikanın planıdır.

AzerTimes xəbər verir ki, bunu dekabrın 29-da mediaya verdiyi açıqlamada İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O, Amerikanın İran pulunu dəyərdən salmaqla ölkəni iqtisadi müharibədə sıxışdırdığını və vətəndaşları etiraz aksiyalarına cəlb etmək məqsədi daşıdığını iddia edib.

Qeyd edək ki, hazırda İran valiyutası dollar qarşısında sürətlə ucuzlaşmaqdadır. İranda azad bazarda 1 Amerika dolları 43 min tüməndən bahaya satılır.

Teqlər: