Dünən sistem bütün dünya görsün deyə özünü tamamilə üzə çıxardı. Siz dünyanın hər hansı bir ölkəsində, o cümlədən Rusiyada belə vəhşilik və bənzərsizlik görmüsünüzmü?
AzerTimes xəbər verir ki, bu sözləri sabiq prezident Mixail Saakaşvili ötən gün onun barəsində yayılan video görüntülərə münasibət bildirərkən deyib.
Sabiq prezidentin məktubunu media nümayəndələri ilə onun vəkili, Şalva Xaçapuridze bölüşüb. Saakaşvilinin məktubunda deyilir:
“Özünü dəyərə sahib insan hesab edən hər kəsə müraciət etmək istəyirəm, mənim sizin insanlığınıza ümidim var. Dünyanın hansı ölkəsində, o cümlədən Rusiyada belə vəhşilik və bənzərsizlik görmüsünüzmü? Mən ən çox quldur dəstəsi tərəfindən girov götürülən və hər cür terrora məruz qalan tibb işçilərinə yazığım gəlir. Mənim başıma bir şey gəlsə, burada ən az günah həkimlərin üzərinə düşür. Mənə gəlincə, elan etdiyiniz qətl planını həyata keçirə bilərsiniz, amma məni sındıra bilməzsiniz”.
Qeyd edək ki, ötən gün Penitensiar Xidmət eks-prezident Mixail Saakşvilinin müxtəlif vaxtlarda qeydə alınan video görüntülərini ictimaiyyətə təqdim edib, bu isə bir sıra siyasətçi və vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən etirazla qarşılanıb.