Almaniya Ukraynaya İRİS üçün raketlər göndərdi

Almaniya Ukraynaya İRİS üçün raketlər göndərdi

Almaniya Ukraynaya İRİS-T havadan müdafiə sistemləri üçün əlavə raketlər, 30 min 40 mm-lik mərmi və digər yardımlar göndərib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bundan əlavə, Berlin Kiyevə iki “Bergenpanzer 2” təmir-evakuasiya maşını, 5 min ədəd 155 mm-lik artilleriya mərmisi, 4 ədəd təcili yardım maşını və 18 ədəd 8X8 xüsusi yüklənmə sistemli yük maşını göndərib.

Teqlər: