Saakaşvili üçüncü həkimdən də imtina etdi

Saakaşvili üçüncü həkimdən də imtina etdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili artıq üçüncü həkimdən də imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Vivamed” klinikasının direktoru Zurab Çxaidze bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin həkimləri inanılmaz stress altında işləməli olurlar:

“Deməliyəm ki, həkimlər inanılmaz stress altında işləməli olurlar. Çünki əgər müalicədə iştirak edən həkim obyektiv açıqlama verirsə və Mixail Saakaşvilinin vəziyyətini obyektiv əks etdirirsə, bu, dərhal qıcıqlanma və müalicəni davam etdirməkdən imtinaya səbəb olur. Bu, artıq xəstənin imtina etdiyi üçüncü həkimdir”.

Teqlər: