Saakaşvili pis vəziyyətdədir, yeriyə bilmir – Lomcaria

Saakaşvili pis vəziyyətdədir, yeriyə bilmir – Lomcaria

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib, o, çox arıqlayıb və bu vizual olaraq da görünür.

AzerTimes xəbər verir ki, bu sözləri xalq müafiəçisi Nino Lomcaria ölkənin sabiq prezidenti Mixail Saakaşvilini ziyarət etdikdən sonra bildirib.

Onun sözlərinə görə, Saakaşvili yataq vəziyyətindədir:

“Mən Mixail Saakaşvilini gördüm və onunla şəxsən danışdım, həmçinin onu müalicə edən həkimi və vəkili ilə görüşdüm. Saakaşvili ilə təxminən 10 dəqiqə söhbət etdim, daha çox danışmaq onun üçün çətindir. Mən həkim deyiləm, amma onun keçən ilin yanvarında xəstəxanada necə olduğunu xatırlayıram və vizual olaraq fərq çox təəccüblüdür. Onun səhhəti kəskin şəkildə pisləşib və bu vizual olaraq da görünür. O, çox arıqlayıb. Hər zaman yatağa uzanmış vəziyyətdədir. Həkimlər mənə təsdiqlədilər ki, sabiq prezident ayağa qalxmır və yerimir. Həkim deyir ki, xüsusən oktyabrın əvvəlindən etibarən onun səhhəti pisləşməkdədir. Bunu prokuror və hakimin onun kamerasına daxil olması ilə əlaqələndirirlər. O vaxtdan bəri Saakaşvilinin vəziyyəti emosional olaraq pisləşib. O, az yeyir və kifayət qədər qidalanmır. Həm də bilirəm ki, nevroloq artıq yekun hesabat hazırlayıb, hansı ki, onun nevroloji vəziyyətinin pisləşməsindən və dinamikasının azalmasından söhbət açılır. “Vivamed” klinikasının həkimləri onun sağlam olmadığını bildirirlər”.

Teqlər: