Saakaşvili məhkəməyə onlayn qatıldı – Vəziyyəti ağırdır

Saakaşvili məhkəməyə onlayn qatıldı – Vəziyyəti ağırdır

Tiflis Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, M.Saakaşvili səhhətindəki problemlərlə əlaqədar iclasa müalicə aldığı klinikadan onlayn şəkildə qoşulub. Məhkəmədə Saakaşvilini müayinə edən ekspertlərin dinləniləcəyi qeyd olunub.

Keçmiş Prezidentin valideynləri və tərəfdarları da məhkəmə iclasında iştirak edirlər.

İclasla eyni vaxtda Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tiflis Şəhər Məhkəməsinin binasının ətrafına toplaşıblar.

Teqlər: