Saakaşvili haqda bu kadrları yaymağa məcburuq – Nazir

Saakaşvili haqda bu kadrları yaymağa məcburuq – Nazir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətini mümkün qədər çətinləşdirmək və azadlığa çıxmaq üçün özünü şikəst etməklə məşğuldur.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Breqadze qeyd edib ki, Saakaşvilinin ətrafında onun guya kritik vəziyyəti ilə bağlı bəzi simulyasiyalar var.

“Gürcüstan xalqının və dövlətinin təhlükəsizliyi, eləcə də Gürcüstanın beynəlxalq imicinin yüksək marağına görə Gürcüstanda işgəncə verilmədiyini sübut etmək üçün və bu simulyasiya dayandırılmasa, müəyyən kadrları ictimaiyyətə açıqlamağa məcbur olacağıq”, – nazir bildirib.

Teqlər: