Saakaşvili Gürcüstan sərhədini keçməyib – Gürcüstan DİN

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dövlət sərhədini keçməyib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, M.Saakaşvili bu gün səhər saatlarındaa Gürcüstana gəldiyini və Batumi şəhərində olduğunu demişdi.