Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.
AzerTimes xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.
O bildirib ki, iclas saat 13:00-da Tiflis Şəhər Məhkəməsində keçiriləcək.
Qeyd edib ki, hakim Giorgi Arevadze vəkillərin Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.
Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib.