Britaniyada ərzaq böhranı yaşanır

Britaniyada ərzaq böhranı yaşanır

Böyük Britaniyada ərzaq böhranı yaşanır.

AzerTimes xəbər verir ki, Britaniyanın Milli Fermerlər Birliyi (NFU) ölkədə tədarük problemlərinə görə ərzaq böhranının yarandığı barədə xəbərdarlıq edib və hökuməti vəziyyətə müdaxilə etməyə çağırıb. Vurğulanıb ki, bir çox sahədə məhsuldarlıq 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb və tədarük problemləri vəziyyəti çətinləşdirəcək.

Böyük Britaniyada bəzi supermarketlər, fermerlərin artan xərclər səbəbindən istehsalı dayandırdıqları yumurta satışına kvota qoyub. Son quş qripi epidemiyası ilə vəziyyət daha da pisləşib.

Birliyin məlumatına görə, fermerlər artan yanacaq, gübrə və yem qiymətlərinin təzyiqi altındadır. Bu böhran daha çox məhsul növünə təsir göstərə bilər. Ukraynadakı müharibə və koronavirus pandemiyası ötən il ərzaq, enerji və yanacaq qiymətlərinin artmasına, həm istehlakçılara, həm də biznesə mənfi təsir edib.

Rəsmi rəqəmlərə görə, Britaniyada bazar qiymətləri son 45 ilin ən sürətli artımını yaşayır. Süd, pendir və yumurta kimi əsas ərzaq məhsullarının qiyməti artmaqda davam edir.

Teqlər: