Saakaşvili aclıq aksiyasına başladı

Saakaşvili aclıq aksiyasına başladı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prosesdə onlayn iştirakına qadağa qoyulduğuna görə aclıq aksiyasına başlayıb.

AzerTimes xəbər verir ki, bunu onun vəkili Şalva Xaçapuridze deyib.

“Bu gün mənim məhkəməmdə iştirak etmək üçün ən elementar hüquqdan məhrum edildim. Bu, bütün gürcü və beynəlxalq hüquqların pozulmasıdır. Ona görə də etirazın ifrat formasına – aclıq aksiyasına əl atmağa məcburam. Təbii ki, mən hazırkı səhhətimi nəzərə alaraq bütün risklərdən xəbərdaram, amma məhkəmə ilə bağlı heç olmasa videobağlantı ilə bağlı möhkəm təminat alana qədər ac qalacağam. Bütün lağ və alçaltmanın həddi var”, – Saakaşvili deyib.

Mehriban Xəlilli

Teqlər: