S-300 təxribatını Baydenlə danışacağam – Ərdoğan

S-300 təxribatını Baydenlə danışacağam – Ərdoğan

Türkiyənin S-400 sistemlərinə etiraz edənlər Yunanıstanın S-300-lərlə etdiyi təxribata səslərini çıxarmadı.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Düşünürəm ki, ifadə etdiyim məqamlar və çatdırmaq istədiyim mesaj son dərəcə aydındır. Yunanıstanın son zamanlar Türkiyəyə münasibəti anlaşılmazdır. Bir tərəfdən onların Egey dənizində törətdikləri gərginliklər, digər tərəfdən NATO missiyasını yerinə yetirən təyyarələrimizə qarşı etdikləri təxribatlar. Türkiyənin aldığı S-400 sistemlərinə etiraz edənlər Yunanıstanın S-300-lərlə etdiyi təxribata səslərini çıxarmadı. Hər iki sistem də Rusiyanındır. Ancaq yunanlara bir söz deyən yoxdur. Yunanlar Türkiyəyə yaxın qeyri-hərbi statusa malik adaları silahlandırmağa davam edirlər. Həmçinin, hərbi bazalar da yaradılıb. ABŞ da buna rəhbərlik edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenlə görüşmək fürsət olarsa, bu məsələləri müzakirə edəcəyik”, – Türkiyə lideri bildirib.

Teqlər: