Bu ölkə 120 ədəd “Bayraqdar TB2” alır

Bu ölkə 120 ədəd “Bayraqdar TB2” alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraqdar TB2” PUA-larını almağı planlaşdırır.

Axra.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

BƏƏ rəsmiləri ilə “Baykar” şirkəti arasında mart ayından bəri davam edən danışıqların bəzi detalları bəlli olub.

Məlumata görə, danışıqlar zamanı 120 ədəd “Bayraqdar TB2”nin tədarükü ilə yanaşı, çoxlu sayda sursat, komanda-idarə mərkəzi və təlim paketləri də sifariş edilib.

120 ədəd “Bayraqdar TB2” və digər hərbi vasitələrin yer aldığı paketin ümumi dəyərinin 2 milyard dollara yaxın olduğu bildirilib.

Teqlər: