Rza Talıbovdan atasının istefasına – Reaksiya

Rza Talıbovdan atasının istefasına – Reaksiya

Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam.

AzerTimes xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “Hər kəsin öz işi var” deyərək, əlavə şərh verməkdən imtina edib.

Teqlər: