Qrossi Moskvaya gedir

Qrossi Moskvaya gedir

MAQATE-nin rəhbəri Rafael Qrossi məsləhətləşmələr aparmaq üçün dekabrın 22-də Moskvaya səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“Sabah Moskvada Rafael Qrossi ilə məsləhətləşmələr keçiriləcək. Bu məsləhətləşmələr Zaporojye AES-də nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı baş direktorun təşəbbüsünə həsr olunacaq. Görüşdə bəzi məqamlara aydınlıq gətiriləcək”, – Ulyanov qeyd edib.

Teqlər: