Rza Pəhləvi İsraildə: Netanyahu ilə görüşdü

Rza Pəhləvi İsraildə: Netanyahu ilə görüşdü

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi İsrailə səfər edib

AzerTimes xəbər verir ki, məlumatı İsrail mediası yayıb.

R.Pəhləvi səfər çərçivəsində Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb.

R.Pəhləvi eyni zamanda, Yad Vaşem Milli Holokost Memorial Muzeyində “Holokostu Anma Günü” şərəfinə təşkil edilən mərasimdə iştirak edib.

O, Netanyahu və İsrail Prezidenti İshaq Hersoqla yanaşı dayanıb, lakin çıxış etməyib.

Bununla belə R.Pəhləvi yerli mediaya müsahibəsində tədbirdə iştirak etmək və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.

Teqlər: