Ryazan vilayəti ölkəmizlə birgə müəssisələr yaradacaq

Ryazan vilayəti ölkəmizlə birgə müəssisələr yaradacaq

Rusiya Federasiyasının Ryazan vilayəti həm Bakıda, həm də Ryazanda Azərbaycanla birgə müəssisələrin yaradılması layihələrini dəstəkləyəcək.

AzerTimes xəbər verir ki, bunu Report-a Rusiya şirkətlərinin Bakıda keçirilən şourumu çərçivəsində Ryazan vilayəti nümayəndənliyinin sədr müavini Artem Nikitin məlumat verib.

“Biz Bakıda sistemli və səmərəli işləmək üçün biznes missiyası və şourumların açılması formatlarını birləşdirdik. Biznes missiyası 3 gün davam edəcək, şourum isə bir ay ərzində fəaliyyətini davam etdirəcək. Şourumda 57 şirkətin 500-dən çox məhsulu və İT həlləri təqdim olunur”, – o deyib.

A. Nikitin nümayiş olunan məhsullara Azərbaycan bazarında tələbat olduğuna əminliyini ifadə edib.

A.Nikitin Bakıda biznes missiyasının və şorumun təşkilinə hazırlaşarkən iki sənədi – “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Rusiya Federasiyası və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üzrə Tədbirlər Planı”nı təhlil etdikləini vurğulayıb.

“Eyni zamanda, əvvəlki şourumların nəticələrinə əsasən, birgə müəssisələrin yaradılması üzrə layihələr meydana gəlib “, – A.Nikitin bildirib.

Teqlər: