Rutqers Universitetinin professoru Mingəçevir Dövlət Universitetində seminar keçirib (FOTO)

2022-ci ilin 27 aprel tarixində ABŞ-ın nüfuzlu ali təhsil
müəssisələrindən olan Rutqers Universitetinin professoru Huşəng
Əmirəhmədi Mingəçevir Dövlət Universitetində (MDU) “Dayanıqlı
inkişafda təhsilin artan rolu” mövuzusunda seminar keçirib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil
edilən seminarda universitetin əməkdaşları, tələbələri və
magistrantları iştirak ediblər. Seminara MDU-nun Beynəlxalq
əməkdaşlıq ofisinin mütəxəssisi Sənan Mehdi moderatorluq edib.

Təhsil və dayanıqlı inkişaf məsələləri barədə danışan professor
Əmirəhmədi keyfiyyətli təhsilin insan kapitalının və ölkə
iqtisadiyyatının inkişafındakı mühüm rolundan bəhs edib, ömürboyu
təhsilin, praktiki bilik və bacarıqların mənimsənilməsinin önəmini
diqqətə çatdırıb.

Dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə
cəmiyyətin inkişafında yeni keyfiyyət mərhələsinin başlandığını
bildirən professor müasir dövrdə BMT-nin 17 dayanıqlı inkişaf
məqsədindən biri olan keyfiyyətli təhsilin təmin edilməsi sahəsində
başlıca hədəflər, potensial imkanlar və mümkün həllərlə bağlı
fikirlərini bölüşüb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb və seminar
iştirakçılarının sualları cavablandırılıb.

Faydalı çıxışa görə məruzəçiyə və göstərilən dəstəyə görə MDU
rəhbərliyinə təşəkkürünü bildirən universitetin tələbə və müəllim
kollektivi üzvləri gələcəkdə bu tipli görüşlərin davamlı
keçirilməsini arzulayıblar.

Teqlər: