Rusların komanda mərkəzi vuruldu: 100 ölü və yaralı var

Rusların komanda mərkəzi vuruldu: 100 ölü və yaralı var

Ukrayna ordusu HIMARS vasitəsilə rusların Krasnıy Luçdakı komanda mərkəzini vurub.

AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Bu gecə HIMARS-ın köməyilə rus ordusunun komanda məntəqəsinin yerləşdiyi mehmanxanaya dəqiq zərbələr endirilib. Raketlər birbaşa mehmanxananın damına düşərək beton örtüyü dağıdıb. Kəşfiyyatın məlumatına görə, ölü və yaralıların sayı 100-dən çoxdur”, – Geraşenko bildirib.

Teqlər: