Rusların kəşfiyyat qrupları məhv edildi

Rusların kəşfiyyat qrupları məhv edildi

Baxmut istiqamətində rus işğalçıları Baxmut, Çasov Yar, Soledar, Zaitsevo, Yakovlevka, Beloqorovka və Baxmutskoye yaşayış məntəqələri ərazilərində hərbi və mülki infrastrukturu atəşə tutublar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı hesabatda qeyd edilib.

Qeyd olunur ki, düşmən Baxmut, Yakovlevka və Zaitsevo yaxınlığında təyyarələrdən istifadə edib:

“Düşmən heç bir canlı qüvvəsinə acımadan kəşfiyyatı davam etdirir. Baxmutskoye, Baxmut və Yakovlevka yaşayış məntəqələri ərazilərində düşmənin kəşfiyyat qrupları aşkar edilərək zərərsizləşdirilib. Düşmən Baxmut, Zaitsevo, Yakovlevka və Verşina yaxınlığında hücum əməliyyatları keçirməyə cəhd etsə də, uğursuz alınıb, geri çəkilib”.

Teqlər: