Rusların Gürcüstana gəlməsi təxribatdır – Zurabişvili

Rusların Gürcüstana gəlməsi təxribatdır – Zurabişvili

Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edə bilər. Bu qərarı Gürcüstan hökuməti cəmiyyətlə birlikdə qəbul etməlidir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Rusiya vətəndaşlarının Gürcüstana gəlməsi təxribatdır, bunun təhlükə olduğunu deyə bilmərəm, amma bu, açıq-aydın təhlükədir. Ola bilsin ki, Rusiya vətəndaşları üçün viza tətbiq edilsin. Gürcüstana həm ölkənin keçmiş vətəndaşları, həm də Rusiya vətəndaşları gəlir”, – Zurabişvili bildirib.

O, vurğulayıb ki, ölkə rəhbərliyi yerli sakinlərin təhlükəsizliyi üçün bütün nəzarət mexanizmlərini tətbiq edir.

Teqlər: