Rusların dəstəyi ilə Qarabağa silah daşınır – Yeni video

Rusların dəstəyi ilə Qarabağa silah daşınır – Yeni video

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi kortejin növbəti hərəkəti qeydə alınıb.

AzerTimes Minval.az-a istinadla xəbər verir ki, görüntülərdə Rusiya sülhməramlı kontingentinin 2 UAZ “Patriot” markalı avtomobilinin ermənilərə məxsus və hərbi məqsədlər üçün nəzərdə tutulmuş 3 UAZ avtomobilini müşayiət etməsi qeydə alınıb.

Hərbi texnika karvanı Xəlfəli yolu ilə Ermənistandan Xankəndi istiqamətinə hərəkət edir.

Rusiya Müdafiə Nazirliyi yaydığı bülletendə bildirib ki, sülhməramlılar Gorus-Xankəndi marşrutu üzrə humanitar yük daşıyan daha bir karvanı müşayiət ediblər.

Teqlər: