Rusların bir neçə istiqamətdə hücumunun qarşısı alındı

Rusların bir neçə istiqamətdə hücumunun qarşısı alındı

Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttinin bir neçə istiqamətində rus işğalçılarının hücumunu dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında məlumat verib.

Qeyd olunur ki, gün ərzində 15-dən çox toqquşma olub.

“Kupyansk istiqamətində Xarkov vilayətinin Kamenka və Berestovo şəhərləri düşmən atəşinə məruz qalıb. Liman istiqamətində isə düşmən Luqansk vilayətinin Novoqorovka bölgəsində uğursuz hücum əməliyyatları keçirib. Çerneşina rayonuna hava zərbələri endirilib”, – məlumatda bildirilib.

Teqlər: