Rusların Baxmutda irəliləməsi dayandı

Rusların Baxmutda irəliləməsi dayandı

Ruslar Baxmut və onun ətrafına hücumlarını davam etdirsələr də, son iki gün ərzində heç bir irəliləyiş əldə etməyiblər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna ordusu Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib. Onlar Xromovo-Çasov Yar yolundan vaqnerçiləri geri oturtmaq üçün mübarizəni davam etdirir. Rusiya nizami qoşunları isə Baxmutdan şimal-qərbdə Ukrayna Silahlı Qüvvələri ilə mövqe döyüşlərində iştirak edir. “Vaqner” şirkətinin rəhbəri Priqojin bildirir ki, onun muzdlularının vəzifəsi Ukrayna qüvvələrini mümkün əks-hücumdan əvvəl darmadağın etməkdir”, -məlumatda deyilib.

Teqlər: