Rusların 80%-dən çoxu Rusiya-Ukrayna müharibəsindən sonra əmanətlərinin bir hissəsini və ya hamısını xərcləmək məcburiyyətində qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “AlfaStraxovaniye” məlumat yayıb.
“Rusiya vətəndaşlarının 8%-i əmanətlərini tamamilə itirib. Əhalinin 21%-i “demək olar ki, bütün əmanətləri” itirib. 52% isə əmlakının “əhəmiyyətsiz bir hissəsinin” əlindən çıxdığını bildirib.
Sorğuda yaşı 18-60 arasında olan 1207 rusiyalı iştirak edib. Respondentlərin üçdə birindən çoxu bu müddət ərzində gündəlik ehtiyacların dəyərinin 20-30% artdığını bildirib. Digər 30% isə xərclərin 10%, 15% isə 30-50% artacağını təxmin edib”, – məlumatda deyilir.