Müharibəni hətta atıcı silahlarla da, tək pulemyotla da bitirə bilərsiniz, lakin qələbənin qiyməti daha baha olacaq. Mən itkiləri və bu müharibənin bitmə vaxtını nəzərdə tuturam.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov müharibəni 300 kilometrə qədər məsafədə hədəfləri vura bilən HİMARS çoxmənzilli raket sistemləri (MLRS) üçün uzaqmənzilli ATACMS raketləri olmadan bitirməyin real olub-olmadığını cavablandırarkən deyib.
Onun fikrincə, Ukraynanın Qərb tərəfdaşlarına izah etmək lazımdır ki, silahlarda paritet olmasa, müharibə çox uzun sürəcək və qələbə baha başa gələcək:
“Ümid edirik ki, bu, nəhayət, onlara aydın olacaq və onlar hərəkətə keçəcəklər”.