Ruslar Zelenskiyə qarşı təxribat hazırlayır – Danilov

Ruslar Zelenskiyə qarşı təxribat hazırlayır – Danilov

Ruslar Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı təxribat hazırlayır.

AzerTimes xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi qaçılmazdır. Onlar bunu hər zaman edirlər. Düşmənin demək olar ki, bütün sahələrdə planları haqqında da məlumatımız var. Hər şey nəzarət altında olmaya bilər, lakin müharibədə bu, normaldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”, – Danilov söyləyib.

Teqlər: