Ruslar yeni hücuma hazırlaşır – Qumenyuk

Ruslar yeni hücuma hazırlaşır – Qumenyuk

Rusiya qoşunları Ukraynanın cənubunda pilotsuz təyyarələrlə kəşfiyyat aparır. Bu, yeni kütləvi raket və ya dron hücumlarına hazırlığın göstəricisi ola bilər.

AzerTimes xəbər verir ki, bunu bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

Onun sözlərinə görə, ruslar cəbhədə uğur qazana bilməyəndə tez-tez dron və raket hücumları həyata keçirir və bu, onların təbliğat resurslarında “qələbə” kimi təqdim olunur:

“Hazırda Qara dənizdə döyüş növbətçiliyində olan 6 gəmi var, onların arasında bir sualtı raketdaşıyıcı da növbə çəkir. Bu, hava hücumundan müdafiə üçün çətin işdir, lakin qeyri-mümkün deyil. Dörd “Kalibr” tipli raket istifadəyə hazırdır”.

Teqlər: