Ruslar üçün böyük təhlükə: Limanda mühasirə düşə bilərlər

Ruslar üçün böyük təhlükə: Limanda mühasirə düşə bilərlər

Donetsk vilayətinin Liman şəhərindəki rus hərbçiləri mühasirə təhlükəsi altındadırlar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitutun analitiklərinin məlumatına görə, Ukrayna ordusu öz mövqelərini Oskol çayından şərqə və Severski Donets çayından şimala tərəf genişləndirir. Bu da ukraynalılara Limanı qoruyan rusları mühasirəyə salmaq imkanı verir.

“Ukraynanın Severski Donets çayının şimal sahili boyunca daha da şərqə doğru irəliləməsi Rusiyanın Liman ətrafındakı mövqelərini yararsız hala sala bilər və Lisiçanska, Severodonetskə təhlükə yarada bilər”, – məlumatda qeyd olunub.

Teqlər: