207-ci gün: Rusiyanın itkiləri açıqlandı

207-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 207-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 54 480 hərbçi, 2 210 ədəd tank, 4 718 ədəd zirehli döyüş maşını, 1 309 ədəd artilleriya sistemi, 312 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 168 hava hücumundan müdafiə sistemi, 251 ədəd hərbi təyyarə, 217 ədəd helikopter, 3 578 ədəd avtomobil texnikası, 917 ədəd PUA, 238 qanadlı raket, 15 gəmi/qayıq, 122 xüsusi avadanlıq itirib.

Teqlər: