Ruslar sürətlə hücum edir, Volçanskda küçə döyüşləri gedir

Ruslar sürətlə hücum edir, Volçanskda küçə döyüşləri gedir

Rusiyanın Xarkov vilayətinə hücumu sürətlə davam edir. Hazırda Volçanskda küçə döyüşləri başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun komandirlərindən olan Denis Yaroslavski məlumat verib.

Onun sözlərinə görə, Volçanskda vəziyyət ağırdır, şəhər mühasirə təhlükəsindədir:

“Bu gün 57-ci briqada “Ştorm Z”nin hücumunu dayandırdı. Briqada artilleriyası onların bölüyünü və zirehli texnikalarını məhv etdi. Amma düşmən ehtiyat qüvvələri göndərir. Küçə döyüşləri başlayıb, şəhər mühasirəyə alınır. Bunu ona görə deyirəm ki, həlak ola bilərik, həqiqəti heç kim eşitmir. O zaman bu nəyə lazımdır”.

Teqlər: