Ruslar Slavyanska hücuma hazırlaşır

Ruslar Slavyanska hücuma hazırlaşır

Slavyansk istiqamətində ruslar Boqorodiça üzərində nəzarətin qurulmasına və Slavyanska hücum üçün şərait yaradılmasına çalışırlar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar Dubrovnoye, Karnauxovka, Novaya Dmitrovka və Vernopolye yaxınlığında artilleriyadan istifadə edir. Xarkov istiqamətində düşmən qüvvələrini müdafiəyə yönəldir və qoşunlarımızın sərhədə doğru irəliləməsinin qarşısını alır. İşğalçılar Rubejnoye, Ruska Lozovaya, Bayrak və Dementyevka yaşayış məntəqələrinin ərazilərində ordu aviasiyasından istifadə etdilər. Liman istiqamətində işğalçılar Liman-Rayqorodok və Yampol-Seversk istiqamətlərində hücuma keçmək üçün qoşunları yenidən toplayacaqlar”, – məlumatda deyilib.

Teqlər: