Ruslar Simonyanı cəzalandırmaq üçün petisiya yaratdılar

Ruslar Simonyanı cəzalandırmaq üçün petisiya yaratdılar

Rusiyanın Krasnoyarsk şəhərinin sakini İlya Bobrikin “Change.org” saytında RT kanalı və “Rosiya seqodnya” media qrupunun baş redaktoru, erməniəsilli Marqarita Simonyanın cəzalandırılması üçün petisiya başladıb.

AzerTimes xəbər verir ki, buna səbəb Simonyanın Sibir üzərində nüvə partlayışı etmək təklifi olub.

Simonyan təklifində qeyd edib ki, bu, baş verərsə, dəhşətli heç nə olmayacaq.

Bobrikin Simonyanı ekstremizmdə ittiham edib:

“Sibir nüvə bombasını partlatmaq üçün bir səhra deyil. Burada müxtəlif millətlərin nümayəndələri, o cümlədən yerli xalqlar yaşayır, özünəməxsus təbiəti, yüzlərlə mədəniyyət abidəsi var. Simonyanın bu sözləri əslində Sibir ərazisində bütün bunların nüvə partlayışı ilə məhv edilməsinə imkan verir, ölümə və iztirablara haqq qazandırır. Bu gün müraciəti artıq 26 mindən çox insan imzalayıb. Belə bəyanatların cəzasız qalmasına yol vermək olmaz”.

Teqlər: