Ruslar “Saki” aviabazasına hücumdan sonra müdafiəyə keçir

Ruslar “Saki” aviabazasına hücumdan sonra müdafiəyə keçir

Rusiya Qara dəniz donanması Krımdakı “Saki” aviabazasına hücumundan sonra müdafiəyə keçib.

AzerTimes xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, donanmanın dəniz aviasiyasına 34-cü dəniz hücum aviasiya alayına ümumi gücü təxminən iyirmi döyüş təyyarəsi (Su-24M və Su-30SM təyyarələri daxil olmaqla) olan iki eskadrilya daxildir. İlkin hesablamalara görə, hücumu zamanı azı yeddi, bəlkə də 10 təyyarə zədələnib və ya yararsız hala düşüb.

Məlumata əsasən, Rusiyanın Krımdakı daha iki bazasında hələ də onlarla döyüş təyyarəsi var. Amma onlar xüsusi olaraq Qara dəniz donanmasına təyin olunmayıb.

Ukrayna qüvvələri çox güman ki, bundan sonra Rusiya xəttinin arxasında fəaliyyət göstərə biləcək. Cənub istiqamətində növbəti hücumlar Ukraynanın aktivlik səviyyəsini qorumasından asılı olacaq. Bu da müharibənin gedişatına strateji təsir göstərəcək.

Eyni zamanda, ruslar Xerson vilayətinin cənubundakı qoşunlarına tədarük etməkdə çətinlik çəkirlər. Buna görə də, Ukraynanın bölgəyə mümkün hücumuna hazırlıq məqsədilə əlavə bir neçə minə yaxın rus əsgəri yerləşdirilib.

Teqlər: