Ruslar qorxuya düşdü – HİMARS məhv edir

Ruslar qorxuya düşdü – HİMARS məhv edir

HİMARS-ın silah anbarları və komanda məntəqələrinə uğurlu zərbələri rusları qorxuya salıb. Rusiya informasiya məkanında Ukraynaya qarşı müharibədə uğursuzluqdan qorxmağa başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun analitiklərinin fikrincə, rus KİV-ləri HİMARS-ların Ukraynada peyda olmasını müharibədə dönüş nöqtəsi adlandırıblar.

“Silah anbarları, rabitə mərkəzləri və arxa bazalara zərbələrin gələcəkdə Rusiyanın hücumuna dağıdıcı təsir göstərdiyinə dair məlumatlar var. Bu baxımdan, işğalçılar HİMARS-dan gizlənmək üçün müxtəlif taktikalara, o cümlədən kamuflyaj və daimi yerdəyişmələrə əl atmalı olurlar. Bu addımlar da rus işğalçılarına kütləvi artilleriya atəşi həyata keçirməyə imkan vermir”, – məlumatda qeyd olunub.

Teqlər: