Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib.

Eyni zamanda, qeyd edildiyi kimi duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb.

Ehtimal edilir ki, bunlar Rusiya Qara Dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub.

Teqlər: