Xerson vilayətində su çəkilir və onun səviyyəsi 26 sm azalıb.
AzerTimes xəbər verir ki, bunu Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib.
Onun özlərinə görə, sağ sahildə 32 yaşayış məntəqəsi su altında qalıb, 2716 nəfər təxliyə olunub.
“Ruslar insanları təxliyə etməyimizə imkan vermir. Sol sahildə isə suyun azalmasında dəyişiklik yoxdur. Təxliyə aparılmır. Ruslar əhalidən qayıqları alır, evləri gəzərək əşyaları oğurlayırlar”, – Prokudin bildirib.