Rus hərbçiləri Luqansk vilayətinin Svatovo şəhərindən təşviş içində qaçıblar.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Geri çəkilən rus qoşunları tələsik əşyalarını yığır, ailələri təxliyə edir və öz mövqelərindən müvəqqəti olaraq işğal olunmuş ərazilərin dərinliklərinə qaçırlar. Svatovo şəhərində yalnız qondarma “xalq milisləri” qalıblar”, – məlumatda deyilib.