Putin göstəriş verdi: Yeni “Vaqner”lər yaradılsın

Putin göstəriş verdi: Yeni “Vaqner”lər yaradılsın

Vladimir Putin Ukraynaya qarşı silahlı təcavüzü və müharibənin yeni mərhələsini gücləndirmək üçün dövlət korporasiyalarına və oliqarxlara özəl hərbi şirkətlər yaratmağı əmr edib.

AzerTimes xəbər verir ki, bu barədə beynəlxalq “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib.

“Putin oktyabrda döyüşün yeni mərhələsinə başlamaq istəyir. O, deyir ki, Rusiyanın Ukraynadakı uğursuzluqları ordudakı korrupsiya və səriştəsizliklə bağlıdır. Ancaq Putin yenə də çox nikbindir. Bildirir ki, hər bir dövlət korporasiyası və oliqarx oktyabrda yeni mərhələ üçün öz şəxsi hərbi şirkətlərini yaratmalıdır”, – o bildirib.

Teqlər: