Rusiyanın işğalı altında olan Krımda səhər saatlarında baş verən partlayışlardan sonra Sevastopoldan Yaltaya gedən yollarda kilometrlərlə tıxac yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə hadisə şahidləri paylaşım ediblər.
Krımda baş verən partlayışların yarımadadakı ruslar arasında ciddi panikaya səbəb olduğu bildirilir.
Qeyd edək ki, daha öncə oxşar mənzərə avqustun 9-da Saki aerodromunda yarımadada baş verən ilk partlayışlardan sonra müşahidə edilib.