Mardində dəhşətli qəza: 8 ölü

Mardində dəhşətli qəza: 8 ölü

Türkiyənin Mardin vilayətində zəncirvari avtomobil qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında baş verib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Teqlər: