Ruslar Kiyevin mərkəzini vurdu: İki bina dağıldı

Ruslar Kiyevin mərkəzini vurdu: İki bina dağıldı

Bu gün səhər saatlarında Rusiya Kiyevin mərkəzinə raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, Kiyevin Şevçenko rayonuna bir neçə raketin düşməsi nəticəsində dağıntılar qeydə alınıb.

Məlumata görə, iki yaşayış binasında dağıntılar. Raketin düşdüyü binaların birində isə yanğın baş verib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, iki nəfər xəstəxanaya yerləşdirilib.

“Dağıntılar altında qalanlar var. Xilasetmə işləri davam edir. Ümid edirik ki, onlar sağdır”, – Kliçko bildirib.

Teqlər: