Ruslar itki verərək geri çəkildi

Ruslar itki verərək geri çəkildi

Ruslar Baxmut istiqamətindəki yaşayış məntəqələrinə uğursuz hücum ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Donetsk vilayətində düşmən əsas səylərini Baxmut istiqamətində cəmləşdirir:

“Seversk istiqamətində düşmən top və raket artilleriyasından, həmçinin Seversk, Serebryanka və Qriqorovka yaxınlığında tanklardan atəş açıb. Nikiforovka və Tatyanovka yaxınlığında PUA-ların havadan kəşfiyyatı aparılıb. Ruslar Baxmut istiqamətində bölmələrimizi işğal olunmuş xətlərdən sıxışdırıb çıxarmaq üçün Kodema, Semiqorye, Travneve, Vımka, Berestovoye, Baxmutskoye yaşayış məntəqələri ərazilərini artilleriya atəşinə tutub. Semiqorye və Beloqorovka yaxınlığında hava zərbələri endirib. Düşmən Berestovoyenin qərb kənarında irəliləyirdi, lakin uğur qazana bilmədi, geri çəkildi. Eyni vəziyyət Vladimirovka, Yakovlevka və Semiqorye, Kodema istiqamətlərində də müşahidə olunub. Avdeyevka istiqamətində düşmən ərazisini atəşə tutub. Taktiki mövqeyini yaxşılaşdırmağa çalışıb,lakin uğursuz olub və itkilərlə geri çəkilib”,-məlumatda deyilir.

Teqlər: