İsveçrənin məşhur şokolad istehsalçısı “Lindt” Ukraynadakı müharibə səbəbindən Rusiyadan çıxdığını elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“İsveçrənin şokolad istehsalçısı “Lindt & Sprunqli Qrup” martın əvvəlindən Rusiyaya tədarüklərini dayandırıb. İndi isə Rusiya bazarından tamamilə çəkilmək qərarına gəldiyini açıqlayıb”, – məlumatda deyilib.