Ruslar hücuma keçir, ukraynalılar geri çəkilir – Makqreqor

Ruslar hücuma keçir, ukraynalılar geri çəkilir – Makqreqor

Ukrayna hərbçiləri rus qoşunlarının döyüş bölgəsində əldə etdiyi uğurlara görə Xarkov istiqamətində geri çəkilməyə başlayıb.

AzerTimes xəbər verir ki, bunu Pentaqonun rəhbərinin sabiq müşaviri Duqlas Makqreqor deyib.

“Rusiya Xarkov istiqamətində hücuma keçib. Onlar burada güclü müqavimətlə qarşılaşmırlar”, – Makqreqor bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Ukrayna böhranının həlli üçün sülh danışıqlarına getmək istəməməsi Moskvanın cavab reaksiyasına səbəb olub.

“Çoxlu əsgər qaçır. Ukraynalılar yüz, iki yüz nəfərlik bütün hissələri təslim etməyə başlayıblar”, – Makqreqor qeyd edib.

Teqlər: