Rusiya qoşunları Baxmut yaxınlığında hücumda taktikasını dəyişib. Düşmən (Rusiya –red.) ilk dəfə 7 km-lik cəbhə boyu şəhərə eyni vaxtda soxulmağa cəhd etsə də, Ukrayna qoşunları mövqelərindən geri çəkilməyiblər.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Milli Qvardiyasının “Azadlıq” batalyonunun komandiri Andrey Krivuşenko deyib.
O bildirib ki, Rusiya hərbçiləri mühüm magistral yollardan birinə xeyli yaxınlaşıb və ərazidə şiddətli döyüşlər gedir.