Ötən gün aksiya ərazisindən neçə avtomobil keçdi?

Ötən gün aksiya ərazisindən neçə avtomobil keçdi?

Həmişəki kimi, ötən gün də Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər.

AzerTimes xəbər verir ki, fevralın 6-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 68 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 6 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Teqlər: