Rusiya Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçuları “Alagöz” yüksək dağlıq poliqonunda təlimlərə başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.
“Mütəxəssislər tərəfindən avadanlıqlar vasitəsilə videorabitə idarəetmə məntəqələri təmin olunacaq, kommutasiya avadanlıqlarının və ən son nəsil rabitə vasitələrinin istismarı yoxlanılacaq.
Həmçinin hərbi qulluqçulara bütün növ rabitə vasitələrinin müdaxilədən mühafizəsi, məntəqələr arasında əlaqənin etibarlılıq və fasiləsiz işləməsini təmin etmək tapşırılacaq”, – məlumatda qeyd olunub.
Təlimlərdə ümumilikdə Cənub Hərbi Dairəsinin 100-dən çox hərbçisi iştirak edib, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.